G7 lideriləri razılaşdı - Rusiyanın 50 milyardını Ukraynaya verirlər

G7 ölkələrinin liderləri Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 50 milyard dolların ayrılması barədə razılığa gəliblər.

Bizimxeber.az bildirir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Fransa prezidentinin ofisindən verilən məlumata görə, Ukrayna krediti 2024-cü ilin sonuna kimi alacaq. 

"Razılıq var. G7-də həmişə olduğu kimi, liderlər qərar qəbul edir və texniki ekspertlər daha sonra onun formalaşdırılması üçün öz işlərini görürlər", - Yelisey sarayının sözçüsü bildirib.

Qərarın G7 sammitində rəsmən təsdiqlənəcəyi gözlənilir.