G7 cavab tədbirləri üzərində işləyir


G7 və müttəfiqləri Rusiyanın Şimali Koreya qoşunlarından istifadə etməsinə koordinasiyalı cavab tədbirləri üzərində işləyir. 

Bizimxeber.az bildirir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan nazirlərin bəyanatında deyilir.

G7 üzvləri - ABŞ, Yaponiya, İtaliya, Böyük Britaniya, Almaniya, Fransa, Kanada və Aİ-dən başqa, bəyanatı Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya da imzalayıb.

Nazirlər bildiriblər ki, onlar “Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər və bu, Ukraynaya qarşı döyüş meydanında istifadə oluna bilər.

"Rusiyada bir neçə min Şimali Koreya hərbçisi yerləşdirilib. Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə birbaşa dəstək verməsi Rusiyanın itkilərini kompensasiya etmək üçün çıxılmaz səylərini nümayiş etdirməklə yanaşı, münaqişənin təhlükəli gərginləşməsi, sülh üçün ciddi nəticələrə səbəb olacaq. Avropa və Hind-Sakit Okean regionunda təhlükəsizlik” – bəyanatda deyilir.