"Full House”-un redaktoru ölü tapıldı

“Full House” komediya televiziya şousunun ssenari müəllifi və keçmiş redaktoru 56 yaşlı Dmitri Kurilov Moskvanın şimalında evinin girişində ölü tapılıb. Yanvarın 23-ü axşam saatlarında çoxmənzilli binalardan birinin girişində kişi meyitini yoldan keçənlər görüb və polisə müraciət ediblər.

Bizimxeber.az Rusiya KİV-lərinə istinadən bildirir ki, hazırda müstəntiqlərin Kurilovun qohumları və qonşuları ilə dindirilərək hadisənin bütün hallarını müəyyən etdiyi vurğulanır. O, bir çox filmlərə ssenari yazmaqla tanınıb.

Kurilov “Muxtarın dönüşü”, “Polis bölməsi”, “Həyət” seriallarının ssenari müəllifi olub.