FTB Apple-ı cinayətkarlara kömək etməkdə ittiham etdi - QALMAQAL

Rusiya Federal Təhlükəsizlik Xidməti ABŞ xüsusi xidmət orqanlarının “Apple” telefonlarından istifadə edərək kəşfiyyat əməliyyatını aşkarlayıb.

Bizimxeber.az departamentin  yaydığı məlumata istinadən bildirir ki, yalnız “Apple” telefonlarının istifadəçiləri üçün xarakterik olan və əvvəllər məlum olmayan zərərli proqram təminatının işi nəticəsində yaranan anomaliyaları aşkar etmək mümkün olub.

Həmçinin Rusiyada , o cümlədən Şimali Atlantika Alyansı və postsovet məkanında, həmçinin İsrail, Suriya və Çində diplomatik nümayəndəlik və səfirliklərdə qeydiyyatda olan xarici nömrələrin və SİM kartlardan istifadə edən abunəçilərin yoluxma halları müəyyən edilib.

Beləliklə, FSB Apple-ın ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlığına dair sübutlar əldə edib. Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası kəşfiyyat orqanlarına əcnəbiləri izləməyə icazə vermək niyyətindədir.