Frnasada TikTok məhkəməyə verildi

Fransada yeddi ailə TikTok sosial şəbəkəsini məhkəməyə verib.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, iddiaya görə, platforma yeniyetmə uşaqları zərərli məzmuna məruz qoyub, onlardan ikisinin 15 yaşında öz həyatına qəsd etməsinə səbəb olub. 

İddiaçılar iddia edirlər ki, TikTok alqoritmi yeddi yeniyetmənin intiharını, özünə zərər verməsini və qidalanma pozğunluğunu təbliğ edən videolarını nümayiş etdirir.

Xatırladaq ki, oktyabrın əvvəlində Avropa Komissiyası Rəqəmsal Xidmətlər Aktının tələblərinə uyğunluğunu yoxlamaq üçün  TikTok, YouTube və Snapchat-dan məzmun tövsiyə alqoritmlərinin işləmə mexanizmi barədə soruşmuşdu.