Fransızları yenidən elektrik enerjisinə qənaətə çağırdılar

Soyuq mövsüm başlamazdan əvvəl Fransa hökuməti yenidən enerji resurslarından qənaətlə istifadə etməyə çağıran kampaniyaya başlayıb. 

Bizimxeber.az bildirir ki, bu barədə AFP xəbər verir .

Avropa 2022-ci ildə olduğu kimi bu il də enerji resursları qıtlığı təhlükəsi ilə üzləşməsə də, Fransa hökuməti vətəndaşlara resurslardan qənaətlə istifadə etmək və bunu vərdiş halına salmaq çağırışını təkrarlamaq qərarına gəlib. 

Energetika naziri Olqa Jiverne bildirib ki, kampaniya insanlara qənaətin vacib olduğunu xatırlatmaq və enerji istehlakımızın azaldılması trayektoriyasını davam etdirmək məqsədi daşıyır: "Artıq iki ildir ki, biz 2019-cu il istehlakı ilə müqayisədə enerji resurslarının - qaz və elektrik enerjisinin istehlakında 12% azalma saxlaya bilmişik", - o əlavə edib.

Kampaniya televiziya kanallarında və radioda səsləndiriləcək istehlakı azaltmağın sadə yollarından bəhs edən qısa videolar silsiləsi kimi hazırlanıb.