Fransız tankları Ukraynaya gəldi - Say gizlin saxlanılır

"Fransanın yüngül təkərli tanklarının ilk partiyası Ukraynaya gəldi. Bəzi maşınlar artıq cəbhə xəttinə göndərilib".

Bizimxeber.az "Le Figaro" qəzetinə istinadən bildirir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.

Nazir bildirib ki, Paris tankların və avadanlığın ikinci partiyasını göndərməyi düşünür. Ukrayna ordusuna daxil olan texnikanın dəqiq miqdarı məlum deyil.