Fransanın baş naziri Qabriel Attal istefasını prezident Emmanuel Makrona təhvil verəcəyini açıqlayıb.
Bizimxeber.az bildirir ki, bu barədə AP xəbər verir .
Attal bu bəyanatı keçirilən exit-pollların nəticələrinə görə solçu Xalq Cəbhəsi koalisiyasının parlament seçkilərinin ikinci turunda yerlərin əksəriyyətini qazandığını, prezidentyönlü blokun isə ikinci yeri tutduğunu göstərdikdən sonra bildirib.
Baş nazir bildirib ki, Parisdə iyulun 26-da başlayacaq Olimpiya Oyunlarının yaxınlaşması ilə o, “vəzifə tələb etdiyi müddətcə” öz vəzifəsində qalmağa hazırdır.
"Ölkəmiz görünməmiş siyasi vəziyyətlə üzləşib və bir neçə həftədən sonra dünyanı qarşılamağa hazırlaşır", - Attal bildirib.
Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, solçu alyans qalib gəlib, prezidentyönlü blok ikinci, sağçı populist “Milli Birlik” isə müttəfiqləri ilə üçüncü yerdə qərarlaşıb.