Fransanın Baş naziri istefa verdi

Fransanın Baş naziri Elizabet Born istefa verib. Bu haqda Yelisey sarayının saytında məlumat verilib.

Bildirilib ki, respublika başçısı Emmanuel Makron onun vəzifəsindən istefasını təsdiqləyib.

“Xanım Elizabet Born bu gün hökumətdən istefa ərizəsini Respublika Prezidentinə təqdim edib və o, bunu qəbul edib”, - deyə rəsmi məlumatda qeyd olunub.

Qeyd edək ki, Born 2022-ci ilin mayından baş nazir vəzifəsini icra edir.