Fransada pensiya islahatına qarşı etirazlar başladı


Fransada bir milyondan çox insan pensiya islahatına etiraza qalxıb.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, tətil və aksiyalarda 1,28 milyon insan iştirak edib ki, bu da mərkəzi hökumətin islahat planlarına qarşı keçirilən bütün əvvəlki etirazlardan daha çoxdur. 

Qeyd edək ki, aksiyalara çağırış  Həmkarlar İttifaqları tərəfindən edilib.

Ölkədə bir sıra qatarlar və reyslər ləğv edilib, ölkənin bütün neft emalı zavodlarında işlər dayandırılıb ki, bu da qıtlıq yaradıb. Bəzi şəhərlərdə yollar blokadaya alınıb, məktəblərdə, şirkətində işlər dayandırılıb.