Fransada Olimpiya məşəlinin estafetini pozmağa cəhs edildi

Fransada Olimpiya məşəlinin estafetini pozmaq üçün onlarla cəhd edilib.

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər naziriliyinin məlumatında qeyd olunub.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə estafeti pozmaq üçün 32 cəhdin qarşısını alıb.

Olimpiya məşəlinin təhvil-təslim mərasimi zamanı təhlükəsizlik tədbirləri çərçivəsində 330 mindən çox inzibati araşdırma aparılıb və nəticədə təhlükə yaradan 1200-ə yaxın şəxs müəyyən edilib.

Estafeti pozmaq üçün 32 cəhdin qarşısı alınıb və 20 pilotsuz təyyarə zərərsizləşdirilib.

Qeyd edək ki, bu günlərdə Fransa DİN-i Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı terror aktlarının törədilməsi ehtimalından narahat olduğunu bildirmişdi.

Fransa oyunlar zamanı təhlükəsizlik tədbirlərinə bir sıra tərəfdaş ölkələrin hərbçilərini cəlb etmək  qərarına gəlib.