Fransada müəllimin başını kəsən 6 yeniyetmə mühakimə olundu

Parisin yetkinlik yaşına çatmayanlar üzrə məhkəməsi 2020-ci ildə tarix müəllimi Samuel Patinin səs-küylü qətlində günahkar bilinən altı yeniyetməyə hökm oxuyub.

Bizimxeber.az bildirir ki, bu barədə Le Figaro nəşri yazıb.

Cinayəti törədən zaman 14-15 yaşlarında olan 5 müttəhim müəllimin izinə düşməkdə və hücumçunu onun üzərinə aparmaqda günahkar bilinib.

Altıncı müttəhim, cinayət zamanı 13 yaşında olan qız, özü orada olmasa da, sinifdə Məhəmməd peyğəmbərin karikaturalarını göstərən Pati haqqında yalan danışmaqda təqsirli bilinib. Onun sözləri internetdə müəllimə qarşı nifrət dalğasına səbəb olub.

Cümə günü son arqumentləri zamanı müttəhimlər hərəkətlərinin Samuel Patinin öldürülməsi ilə nəticələnə biləcəyini bilmədiklərini iddia etdilər.

Onlara 14 ay sınaq müddəti ilə 6 aya qədər həbs cəzası verilib. Məhkəmənin qərarında deyilir ki, cəzalar təqdim olunan əməllərin ağırlığı və cinayətlərin tam üzə çıxması nəzərə alınaraq verilib.

Bu iş üzrə səkkiz yetkin şəxs də ittiham olunub və onlar xüsusi cinayət məhkəməsinin qarşısına çıxarılacaq.

Qeyd edək ki, bütün Fransanı şoka salan müəllim qətli 2020-ci ilin oktyabrında baş verib. Buna səbəb tarix müəllimi Samuel Patinin illüstrativ material kimi şagirdlərinə Məhəmməd peyğəmbərin karikaturalarını göstərməsi olub. Ölkənin hər yerində minlərlə insan öldürülən müəllimin xatirəsini yad etməyə  çıxıb. Samuel Pati  ölümündən sonra  Fransanın ən yüksək dövlət mükafatı olan Fəxri Legion ordeni ilə təltif edilib .