Fransa Durovun həbs müddətini daha 48 saat uzadıb

Paris prokuroru kibercinayətlə bağlı araşdırma çərçivəsində Telegram rəhbəri Pavel Durovun həbs müddətini daha 48 saat uzadıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" Agentliyi məlumat yayıb.

Jurnalistlər xatırladıblar ki, təhqiqat messencerdə qeyri-qanuni əməliyyatlar, uşaq pornoqrafiyası və fırıldaqçılıq, habelə hakimiyyət orqanlarına məlumat verməkdən imtina ilə bağlı cinayətlərə aiddir. 

Xatırladaq ki, Fransada Telegram messencerinin yaradıcısı rusiyalı Pavel Durov saxlanılıb.