Fransa abort hüququnu Konstitusiyaya daşıdı

Fransa parlamenti qadınların abort etmək hüququnu ölkə Konstitusiyasında təsbit edən düzəlişi qəbul edib.

Bizimxeber.az bildirir ki, Fransa Konstitusiyasına belə bir maddə əlavə edilib: “Qadınların hamiləliyini könüllü şəkildə dayandırmaq hüququna qanunla təminat verilir”.

Qeyd olunur ki, düzəlişin qəbul edilməsinə 780 deputat, əleyhinə 72 deputat səs verib.

Beləliklə, Fransa dünyada abort hüququnu Konstitusiyada təsbit edən ilk ölkə oldu.