Fransa hakimiyyəti ölkənin cənubunda, son illərdə zorakılıqların kəskin artdığı Marseldə narkotik ticarətinə qarşı genişmiqyaslı polis əməliyyatı keçirir.
Bizimxeber.az bildirir ki, bu barədə Euronews xəbər verir .
Hüquq-mühafizə orqanları Marseldə narkotik alverçilərinə və onların müştərilərinə qarşı genişmiqyaslı əməliyyata 700-dən 1000-dək polis, jandarm və gömrük məmuru cəlb edib.
Ötən gün Fransa prezidenti Emmanuel Makron bildirib ki, əməliyyat narkotik ticarətinə son qoymaq və Marseldə asayişi təmin etmək üçün nəzərdə tutulub. Euronews-un qeyd etdiyi kimi, şəhərdə polisin hərəkətləri artıq narkotik alverçilərinin başqa yerlərə - xüsusən də Belçikaya köçməyə başlamasına səbəb olub.