"Forbes" biznesini 630 milyon dollara satmağı planlayır

Amerikanın “Forbes” jurnalı öz biznesini ən azı 630 milyon dollara satmaq imkanlarını araşdırır.  

Bu barədə "Reuters" məlumat yayıb.

Jurnal ABŞ-ın "CitiGroup" bankını fond birjasına çıxarmaq üçün cəlb edib.

"The New York Times"ın istinad etdiyi müqavilə sənədinə görə, "Forbes" 2021-ci ildə 200 milyon dollardan çox gəlir, 40 milyon dollardan çox mənfəət əldə edib. (Marja)