Florida qubernatoru prezidentliyə namizəd olur

Florida qubernatoru Ron DeSantis ABŞ- da prezident seçkilərinə qatılmaq qərarına gəlib. O, seçki komissiyasına ərizə təqdim edib.

Bizimxeber.az bildirir ki, o, Respublikaçılardan olan namizəd sayılır. 

ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.

Ekspertlərin fikrincə, DeSantis “zəif bənddir". Florida qubernatoru ABŞ-ın keçmiş prezidenti Donald Trampla yarışacaq. Bundan əlavə, DeSantis 2024-cü il prezident seçkilərində iştirakını artıq elan etmiş ölkənin hazırkı lideri Co Baydenə rəqibdir.