Finlandiyada 24 il əvvəl açılan keçid məntəqəsini həmişəlik bağlayır

Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddə iki nəzarət-buraxılış məntəqəsinin həmişəlik bağlanmasını təklif edib.

Bizimxeber.az bildirir ki, bu barədə departament rəhbərinin müavini Marko Saareks deyib. 

Xidmətin nümayəndəsi bildirib ki, söhbət 2000-ci illərin əvvəllərində Lieksa şəhərində açılmış müvəqqəti “Parikkala” və “İnari” sərhəd-keçid məntəqələrindən gedir.

"Onlar o zaman sənaye məqsədləri üçün Rusiyadan Finlandiyaya işlənməmiş odun daşımaq üçün yaradılmışdır " deyə Saareks bildirib.