"F16-lar "sehrli silah" deyil" - General Milley

"F16-lar "sehrli silah" deyil və onun Ukrayna Silahlı Qüvvələrinə verilməsi yersizdir".

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ generalı Mark Milley Vaşinqtonun Kiyevə F-16 qırıcıları tədarükü ilə bağlı çağırışları şərh edərkən deyib.

"Müharibənin sehrli silahı yoxdur və F-16 da yoxdur. ABŞ ilkin olaraq bu tip avadanlığın yüksək qiyməti, eləcə də Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları ilə bağlı digər prioritetləri nəzərə alaraq Ukraynaya döyüş təyyarələri göndərməmək qərarına gəlib. Hava məkanının qorunması üçün çoxlu sayda F-16 və digər dördüncü və ya beşinci nəsil döyüş təyyarələri, onunla necə idarə olunacağını bilən pilotlar lazımdır və bununla yanaşı, qırıcıların saxlanması üçün ciddi xərclər gözlənilməlidir. Əgər F-16-nın Kiyevə təhvil verilməsi ilə bağlı qərar daha əvvəl verilsəydi, o, ehtiyac duyduğu digər silah növlərini almazdı".