Eyfel günlərdir bağlıdır

Eyfel qülləsi həmkarlar ittifaqının tətili səbəbilə ardıcıl üçüncü gün bağlı qaldı.Üstəlik hələ bir neçə gün də bağlı qalacaq.

Bizimxeber.az bildirir ki, bunu Eyfel qülləsinin təxminən 360 işçisini təmsil edən CGT həmkarlar ittifaqının rəhbəri Stefan Dieu deyib.

Eyfel qülləsi işçilərinin və bələdiyyənin maraqlarını təmsil edən CGT və FO iki həmkarlar ittifaqı arasında qarşıdurma işçilərin müqaviləsinə dəyişikliklərin şərtlərinə onların əmək haqqının artırılması istiqamətində yenidən baxılması məqsədi daşıyır.