Etiraz aksiyasına qılıncla getdi - Həbs edildi

Ermənistanda Paşinyana qarşı etiraz aksiyaları davam edir.

Bizimxeber.az "Spitnik Armenia"ya istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, etirazçılardan birinin əlində qılınc olub. 

Aksiyada əlində qılınc olan etirazçı saxlanılıb və polis bölməsinə aparılıb.

Onun barəsində “qanunsuz silah gəzdirmə” maddəsi ilə cinayət işi başlanıb.