Estoniya Putinə inanmır - Sərhəddə müdafiə xətti güclənir

Estoniya Rusiya lideri Vladimir Putinin jurnalist Taker Karlsona verdiyi müsahibədə verdiyi açıqlamalara baxmayaraq, Rusiya ilə sərhəddə müdafiə xəttinin tikintisini davam etdirməyi planlaşdırır.

Bizimxeber.az bildirir ki, bunu Respublika Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur deyib. 

DPA agentliyinə danışan Pevkur deyib ki, Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə 600 bunkerin tikintisini nəzərdə tutan planlarından sadəcə Putinin jurnalistə müsahibə verdiyi üçün imtina etmək niyyətində deyil.

“Hazırda hazırlığımızı artırırıq. Hər kəs bunu etməlidir. Təkcə Estoniya deyil, hər kəs bunu etməlidir"- deyə o bildirib.

Qeyd edək ki, Rusiya prezidenti amerikalı jurnalistə müsahibəsində bildirib ki, Moskvanın Polşa, Latviya və ya başqa heç kimə ərazi iddiası yoxdur.