“Əsrin fəlakəti adlandıraraq məsuliyyətdən qurtulmağa çalışırlar” - Kamal Kılıçdaroğlu

CHP sədri Kamal Kılıçdaroğlu Diyarbəkirdədir. 

Bizimxeber.az bildirir ki, Böyükşəhər bələdiyyə başçıları ilə birlikdə Diyarbəkirdə araşdırmalarda olan Kılıçdaroğlu mətbuata açıqlama verib. CHP lideri hökuməti məsuliyyətdən yayınmaqda ittiham edib.

“Şəhərlərimizi gəzərək, ağrıları olan insanlarımızın problemlərini həll etməyə çalışırıq. Türkiyənin bütün bələdiyyələri töhfə verir. Dərdimiz dərindir, yaralarımızı birlik və bütövlükdə sağaltmalıyıq. Amma təbii ki, məsul olan və problemi həll edəcək gücdür. 

Sahədə gördüyümüz odur ki, ciddi koordinasiya çatışmazlığı var və bu çatışmazlıq aradan qaldırılmayıb. Problemlər hadisəni həll edə bilmədiyi və həll üçün güclü iradə göstərə bilmədiyi üçün dərinləşir. 

Getdiyimiz yerdə insanlar soyuqdan titrəyir. Çadır istəyirlər. Çoxlu ehtiyaclar var və onlar bu ehtiyacların ödənilməsini istəyirlər. Bunu əsrin fəlakəti adlandıraraq məsuliyyətdən yayınmağa çalışırlar.

Bələdiyyə başçılarımız bütün maneələrə qarşı ehtiyaclarını ödəyiblərsə, sən nəhəng Türkiyə Cümhuriyyətinin dövlətisən, hardasan qardaş? Haradasan?".