Əsgər naməlum şəraitdə itkin düşdü

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.