Ermənistan və İran Araks çayı üzərində ikinci körpünün tikintisi üçün işçi qrupu yaradacaq, Məlumatda bildirilir ki, məsələ hər iki tərəflə razılaşdırılıb.
Qeyd olunur ki, ikinci körpünün tikintisi zərurəti İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin daşımalarının artması, eləcə də bu kəmərin bir hissəsinin çəkilməsi layihəsinin həyata keçirilməsi fonunda yaranıb.
Xatırladaq ki, Araks çayı üzərindən yeni körpünün tikintisi layihəsi üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. İrəvan mövcud körpüyə paralel olaraq yeni körpünün də tikiləcəyini istisna etməyib.