Ermənistanda qadınlar da könüllü hərbi xidmət keçə biləcək

Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsi ilə bağlı qanun layihəsi hazırlanma mərhələsindədir. 

Bizimxeber.az Sputnik-ə istinadla bildirir ki, bunu müdafiə nazirinin müavini Arman Sarkisyan deyib. 

Bildirilir ki, belə bir təklif qadınlardan gəlib.

Həmçinin, Müdafiə Nazirliyi əvvəllər zərif cinsin nümayəndələri üçün atıcılıq kursları təşkil edib və nəticələr Müdafiə Nazirliyinin rəhbərliyini təəccübləndirib. Bu və digər amillər nəzərə alınaraq müvafiq qanunvericilik təşəbbüslərinin müzakirəsinə başlanılması qərara alınıb. Qadınlar üçün hərbi xidmət yalnız könüllü olacaq. 

Qurum rəsmisi əlavə edib ki, söhbət silahlı qüvvələrin döyüş hazırlığının artırılmasında qadınların potensialından istifadə edilməsindən gedir.