Ermənistanda general tutuldu

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov saxlanılıb.

Bu haqda erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Xaçaturovun həbsi üçün məhkəməyə vəsatət verəcək.

Qeyd edək ki, Qriqori Xaçaturov KTMT-nin keçmiş baş katibi (2017-2018), Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi (2008-2016) Yuri Xaçaturovun oğludur.