Ermənistan və Hindistan arasında ticarət dövriyyəsi 7% artıb

2023-cü ilin sonunda Ermənistan və Hindistan arasında ticarət dövriyyəsi 7% artaraq 380 milyon dollara çatıb. 

Bu barədə Ermənistan-Hindistan biznes forumunun kuluarlarında jurnalistlərə Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan bildirib.

Onun sözlərinə görə, ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensial var. "Bizim əsas məqsədimiz təkcə Hindistan idxalını inkişaf etdirmək deyil, həm də istehsalçılarımızın Hindistan bazarına daxil olmasına kömək etməkdir".

Qeyd edək ki, son vaxtlar bir sıra sahələrdə, o cümlədən hərbi sahədə Ermənistan-Hindistan əməkdaşlığının intensivləşməsi müşahidə olunur.