Ermənistan münasibətləri normallaşdırmaq üçün Türkiyə tərəfi ilə birbaşa əlaqə qurmaq istəyir.
Bizimxeber.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda regional “3+3” platformasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya bu prosesin başlanmasına fəal töhfə verib, İran da ona qoşulub, lakin hazırda heç bir görüş nəzərdə tutulmur. “Erməni həmkarlar fasilə verdilər ki, indi biz türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməliyik”, - Lavrov deyib.
Rusiyalı nazir vurğulayıb ki, İrəvanla Ankara arasında münasibətlərin normallaşması istənilən halda Ermənistan-Azərbaycan danışıqları ilə bağlıdır, ona görə də görüşdə bu məsələlərin hərtərəfli müzakirəsi və iştirakçı ölkələri razılığa gəlməyə təşviq etmək təklif olunub". Rusiya və İran, öz növbəsində, birbaşa iştirakçıların marağı olarsa, yardım etməyə hazırdır, Lavrov bildirib.