Ermənistan Qarabağda atəşkəs qərarında iştirak etməyib - Baqdasaryan

"Ermənistan Respublikası Dağlıq Qarabağda atəşkəslə bağlı qərarlarda iştirak etməyib".

Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədəki rəsmi səhifəsində yazıb.

O deyib ki, sentyabrın 20-də atəşkəs razılaşması ilə bağlı bütün qərarları Qarabağdakı şəxslər verib: "Ermənistan Respublikası qərarların qəbul edilməsində iştirak etmirdi, ümumiyyətlə müəyyən proseslərdən xəbərdar idi, lakin onların təfərrüatlarını bilmədiyi və sənədlərin müzakirəsi mexanizmləri və qərar qəbuletmə formatları haqqında məlumatı yox idi. Qarabağ Rusiya Federasiyasının sülhməramlı kontingenti ilə və ya onun vasitəsilə məsələləri müzakirə edib və razılaşdırılıb”, – Bağdasaryan bəyanatında bildirib.