Ermənistan Qara dənizin dibi ilə yeni internet kabeli çəkmək istəyir

Ermənistan Qara dənizin dibi ilə yeni internet kabelinin çəkilməsi layihəsi üzrə Gürcüstanla danışıqları davam etdirir. 

Bu barədə Sputnik Ermənistanın sorğusuna öılənin Yüksək Texnologiyalar Sənayesi Nazirliyi məlumat yayıb. 2021-ci ildə Ermənistan tərəfi öz kabelini çəkmək qərarına gəlib.

"Gürcüstan tərəfi ilə danışıqlar davam edir.  Yeni kabelin çəkilməsi Ermənistana 45 milyon avroya başa gələcək. İrəvanda Gürcüstanın layihədə mümkün iştirakı regional əhəmiyyətini nəzərə alaraq aktual hesab olunur. 

Erməni tərəfi  hesab edir ki, layihənin həyata keçirilməsi nəinki ölkəyə daxil olan internet kabellərinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, həm də Ermənistanı regionda məlumatların ötürülməsində tranzit məntəqə kimi yerləşdirmək üçün ilkin şərt olacaq. Bundan əlavə, layihə Ermənistan, Rusiya, Gürcüstan, Bolqarıstan, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa təkan verəcək və Şimal-Cənub və Qərb-Şərq regional dəhlizlərində mühüm halqaya çevriləcək.

Gürcüstanın “Caucasus Online” şirkəti Qara dənizin dibi ilə Gürcüstandan Bolqarıstana uzanan optik kabelin operatorudur. Bu şirkətin sahibi isə azərbaycanlı Nəsimi Həsənovdur.

Avropa və Cənubi Qafqaz arasında ən böyük internet trafik kanalıdır. Şirkətin əsas səhmdarları gürcü sərmayədarları olub, onların bəziləri Avropada qeydiyyatdan keçib. Lakin hazırda şirkətin mütləq sahibi NEQSOL Holdinqdir. 

Ermənistanın xarici internet trafikinin təxminən 80%-i Gürcüstanın payına düşür. Bundan əlavə, Ermənistan Rusiyaya gedən daha iki kabeldən - Qara dəniz və quru kabelindən istifadə edir. Trafikin daha 20%-i İrana gedən kabellərdən gəlir. Üstəlik, burada erməni operatorlar İrana, Əfqanıstana və son zamanlar Qətərə internet tranzit provayderi kimi çıxış edirlər.