Ermənistan hökumət binası qarşısında aksiya başladı - Paşinyanın istefası tələb olunur

Bu dəqiqələrdə Ermənistanda “Kamk” hərəkatı (rəhbəri Vaaqn Çaxalyan) Ermənistan hökumət binası qarşısında güzəşt siyasətinə son qoyulması və Tavuşdakı ərazilərin Azərbaycana verilməməsi tələbi ilə etiraz aksiyası başlayıb. 

Bizimxeber.az bildirir ki, etirazçılar həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər. Biz bu hökumətə müqavimət göstərməyə çalışırıq, amma yenə də bacardığımız qədər mübarizə aparırıq, o zaman uğura zəmanət verilir”. 

Xatırladaq ki, aprelin 19-dan etibarən Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı qalan sakinləri etiraz aksiyaları keçirirlər.