Ermənistan 2023-cü ilə hansı büdcə ilə gedir?

Ermənistan parlamenti 2023-cü il dövlət büdcəsi layihəsini təsdiqləyib. Layihə 66 “lehinə”, 28 “əleyhinə” səslə təsdiq edilib.

"Bizimxeber" "Sputnik Armenia"ya istinadən bildirir ki, müxalifət nümayəndələri “əleyhinə” səs veriblər. 

Dövlət büdcəsinin xərcləri 2,59 trilyon dram (6,54 milyard dollar), gəlirləri isə 2,3 trilyon (5,8 milyard dollar) təşkil edəcək. Kəsir 289 milyard dram (indiki məzənnə ilə təxminən 732 milyon dollar) təşkil edəcək.

Xərclər 826 milyon dram, gəlirlər isə 734,5 milyon dram artıb.