Erməistanda qanuni oğru həbs edildi

İrəvanda kriminal dairələrdə “B.X.” kimi tanınan qanuni oğru saxlanılıb.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, o, 2020-ci ilin fevral ayında cinayət iyerarxiyasındakı yüksək statusundan istifadə edərək iki vətəndaş arasında 7 milyon dram (təxminən 39 min dollar) borc və “Mercedes” markalı avtomobillə bağlı mübahisəni həll etməyi öhdəsinə götürüb.

Onun barəsində toplanmış məlumatlar əsasında cinayət işi başlanıb. Qanuni oğru həbs edilib.

Onun dəstəsinin dörd üzvü və ona kömək üçün müraciət edən iki vətəndaşa qarşı da iş açılıb. İki təqsirləndirilən şəxs həbs edilib, ikisi inzibati nəzarət altındadır, daha ikisi isə öz ifadələri ilə azadlıqdadır.