Türkiyə Çanaqqala boğazını bağladı

Türkiyənin Çanaqqala boğazı yaxınlıqda baş verən meşə yanğını səbəbindən dəniz nəqliyyatı dayandırılıb.

Bizimxeber.az bildirir ki, Çanaqqala vilayətində küləşin yandırılması ilə başlayan yanğın daha sonra meşəyə keçib. Yanğının söndürülməsinə 9 su təyyarəsi, 6 helikopter və 360-dan çox yanğınsöndürən cəlb olunub.

Alovun yayılması ilə əlaqədar xilasedicilər Eceabat şəhəri ərazisindəki kəndi boşaltmalı olublar.

Yanğın başlayandan bir neçə saat sonra Türkiyə Sahil Mühafizəsi dəniz nəqliyyatının "şimal-cənub istiqamətində müvəqqəti olaraq dayandırıldığını" açıqlayıb.

Mərmərə dənizini Egey dənizi ilə birləşdirən və Avropa ilə Asiya arasında təbii sərhəd olan Çanaqqala Boğazı İstanbulun cənubunda Aralıq dənizi ilə Qara dəniz arasında gedən gəmilər üçün əsas su yoludur.