Ərdoğanla Putin niyə görüşə bilmir? - Dıqiq tarix hələ də bəlli deyil...

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təmasların vaxtı hələ müəyyən edilməyib". Bizimxeber.az bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Ən yüksək səviyyədə təmaslar hazırlanır... Təmasların vaxtı hələ müəyyən edilməyib, lakin onların yaxın gələcəkdə baş tutacağı planları var”, – Peskov dedi.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putini martın 31-də keçiriləcək yerli seçkilərdən sonra qəbul edəcəyini gözlədiyini bildirmişdi.