Ərdoğanın ciddi kadr dəyişikliyi edəcəyi gözlənilir - “Hürriyet” qəzeti

Mərkəzləri Qəhrəmanmaraş olan iki böyük zəlzələdən sonra iqtidardakı siyasi proseslə bağlı dəyərləndirmələr başlayıb. 

Bizimxeber.az bildirir ki, “Hürriyet”in köşə yazarı  Hande Fırat son məqaləsində qeyd edib ki, prezident Tayyib Ərdoğanın sonuncu qrup toplantısında “Hüquqi və siyasi olaraq soruşulması olanı sormaq bizim borcumuzdur” deməsi Ankaranın kulislərini qarışdırıb.

Fırat yazır ki, yuxarı dairələrdə Ərdoğanın yaxın günlərdə ciddi kadr dəyişikliyi edəcəyi səslənir: "Aralarında Adıyaman valisi, və Qızıl Ayparanın rəhbərliyi ilə birlikdə 30-a yaxın məmurun işdən çıxarılması gözlənilir". 

Qeyd edək ki, Adıyaman valisi Mahmud Çuhadarın ilk zəlzələdən sonra "üç beş bina çökdü, burada problem yoxdur" hesabatı ciddi müzakirə olunmaqdadır.