Ərdoğanın andiçmə mərasimi iyunun 3-də olacaq

İyunun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici ölkə liderlərinin iştirakı ilə andiçmə mərasimi gözlənilir. 

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə liderinin administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun məlumat verib.

Ərdoğanın andiçmə mərasimi və yeni kabinetin tərkibinin açıqlanması iyunun 3-də keçiriləcək. Həmçinin iyunun 3-də Ərdoğanın andiçmə mərasimindən sonra Nazirlər Kabinetinin yeni tərkibi açıqlanacaq.

O, Ərdoğanın parlamentdə and içəcəyini və Atatürkün məqbərəsini ziyarət edəcəyini vurğulayıb. Bundan sonra xarici liderlərin iştirak edəcəyi andiçmə mərasimi baş tutacaq, şam yeməyi olacaq.