Ərdoğan zirehli texnikanın Ermənistana ötürülməsinə görə Fransanı tənqid edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana “Bastion” zirehli texnikası göndərməsini “təxribatçı addım” adlandırıb.

Bizimxeber.az bildirir ki, onun açıqlamasını “Anadolu” yayıb.

"Bu, təxribatdır. Fransa bilməlidir ki, Ermənistan üçün yaxşı bir şey etmir, əksinə səhv edir", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti bu təxribatlara uymamalıdır: "Sülh fürsətindən istifadə etmək və Ermənistanı çaşdıran ölkələrin qurduğu tələyə düşməmək Ermənistanın maraqlarına uyğundur”, - Türkiyə prezidenti qeyd edib.

Ərdoğan əlavə edib ki, Ermənistan üçün ən yaxşı variant Azərbaycanla sülh münasibətləri qurmaq olardı. O hesab edir ki, Ermənistanı silahlandıran dövlətlər tezliklə onu başına buraxacaqlar.

Qeyd ed\k ki, məlum olmuşdu ki, Fransa Ermənistana “Bastion” kimi tanınan 24 “Arquus MK3” zirehli cəbhə maşını (VAB) göndərib, onlara hazırda istehsalda olan eyni tipli digər 26 maşın qoşulmalıdır.

Oktyabr ayında Fransa üç radar sataraq və gələcəkdə “Mistral” yer-hava raket sistemlərinin tədarükü üçün müqavilə bağlamaqla Ermənistana hava hücumundan müdafiəni təkmilləşdirməkdə kömək etmək niyyətində olduğunu bəyan edib.