Türkiyənin Ali Seçki Qurumu (YSK) seçkilərlə bağlı rəsmi açıqlama yayıb.
Qurum sədri Əhməd Yenər indiyədək səslərin ümumilikdə (ölkə daxili və ölkə xarici) 99,43 faizinin sayıldığını açıqlayıb.
O, bütün məlumatların seçkidə iştirak edən tərəflərə təqdim edildiyini vurğulayıb. O bildirib ki, hazırkı ümumi nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 52,14%, Kamal Kılıçdaroğlu 47,86% səs toplayıb.
Yenər hazırki nəticələrə görə R.T.Ərdoğanın Türkiyə Prezidenti seçildiyini qeyd edib.