Ərdoğan yenidən Ərbakanın yanına getdi - FOTO

Prezident Ərdoğan bu gün yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanla görüşmək üçün partiya binasına gedib. 

Bizimxeber.az bildirir ki, Rifah Partiyası Xalq Alyansına qoşulmaq qərarını açıqlayıb.

Danışıqların ilk raundunun nəticəsiz qalmasından sonra Beştəpədə prezident Ərdoğanla görüşən Ərbakan, daha sonra partiyasının ittifaqa daxil olduğunu açıqlayıb.

Fatih Ərbakan Xalq Alyansı çətiri altında prezident Ərdoğanın namizədliyini dəstəkləyəcəklərini açıqlasa da, seçkiyə öz partiya loqosu ilə girəcəklərini bildirib.