Ərdoğan Rusiyaya çağırış etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracına dair razılaşmanın bərpasına yönəlmiş danışıqlarda Rusiyanı “marginallaşdırmamağa” çağırıb. 

Bizimxeber.az bildirir ki, bu barədə Ərdoğanın bəyanatını AFP agentliyi yayıb.

"Qara Dəniz Taxıl Təşəbbüsündə Rusiyanı marginallaşdıran heç bir proses real olmayacaq", - deyə Ərdoğan Yeni Dehlidə keçirilən G20 sammitindən sonra jurnalistlərə deyib.

O, bu məsələ ilə bağlı Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri arasında görüşün keçiriləcəyini dəqiq tarixi açıqamayıb.

BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanan taxıl sazişi Rusiyanın iyul ayında birtərəfli qaydada ondan çıxmasından sonra iflasa uğrayıb. O vaxtdan bəri Moskva dəfələrlə Ukraynanın liman infrastrukturuna hücum edib.