Ərdoğan məğlubiyyətə münasibət bildirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) böyük məğlubiyyətə uğradığı yerli seçkilərin nəticələrindən məyus olduğunu bildirib.

Bizimxeber.az bildirir ki, o,, AKP-nin paytaxt Ankaradakı qərargahında tərəfdarları qarşısında çıxışı zamanı təmsil etdiyi siyasi qüvvənin “arzulanan və ümid etdiyi” nəticəni əldə edə bilməməsindən təəssüfləndiyini bildirib.

"Biz seçkilərin nəticələrini vicdanla qiymətləndirəcəyik... və onları cəsarətlə özünütənqidə məruz qoyacağıq", - Ərdoğan tərəfdarlarına deyib. O , həmçinin qeyd edib ki, nəticələrdən asılı olmayaraq, bu seçkilərin qalibi ilk növbədə demokratiya və türk xalqının iradəsi olacaq.

“Əvvəla, seçki marafonunun qalibi namizədlər deyil, Türkiyə, siyasi mənsubiyyətindən asılı olmayaraq, ölkənin bütün 85 milyon vətəndaşı oldu” deyən Ərdoğan, “xalqın iradəsindən yüksək heç nə yoxdur. ." 

Xatırladaq ki, martın əvvəlində Türkiyə prezidenti gələcəkdə  siyasətdən gedə biləcəyinə eyham vurmuşdu.