Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də İspaniyaya səfəri gözlənilir.
Bu haqda “Sputnik Türkiye” məlumat paylaşıb.
Qeyd olunub ki, Türkiyə lideri 2 gün davam edəcək səfər çərçivəsində VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirak edəcək.
İspaniyanın Baş naziri Pedro Sançesin də qatılacağı forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.