Ərdoğan Finlandiya ilə bağlı açıqlama - "Sözümüzü tutacağıq!"

"Biz üzərimizə düşəni edəcəyik. Sözümüzü tutacağıq. Cümə günü prezidentlə görüşəcəyik və sözümüzü yerinə yetirəcəyik".

Bizimxeber.az bildirir ki, bunu Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı suala cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinisto prezident Ərdoğanla görüşmək üçün Türkiyəyə gəlir.