Ərdoğan Aİ-yə çağırış etdi - "Yunanıstanı dəstəkləməyin!"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi Afinanın “Avropa birliyi və həmrəyliyi bəhanəsi ilə” irəli sürülən təşəbbüslərini dəstəkləməməyə çağırıb.

Bizimxeber.az bildirir ki, Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlik məsələsində prezident Ərdoğan Brüsselin mövqeyini tənqid edib.

Türkiyə lideri Avropa İttifaqını Yunanıstanı Ankara ilə ikitərəfli əsasda dialoqa dəvət etməyə, “Afinanın Avropa birliyi və həmrəyliyi bəhanəsi ilə qeyri-qanuni təşəbbüslərini” dəstəkləməməyə çağırıb.

“Dünyada baş verən hadisələr göstərir ki, Türkiyə Avropa İttifaqı və Avropa regionu üçün əvəzolunmazdır”, - Ərdoğan bildirib.

Dövlət başçısı Avropa Siyasi Birliyinin Praqada keçirilən sammitinin iştirakçılarının Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Ankaranın vasitəçilik rolunu yüksək qiymətləndirdiklərini qeyd edib.

Sentyabrın 6-da Ərdoğan Yunanıstanın dövlətlər arasında ərazi mübahisələrinin artacağı təqdirdə dərhal zərbə endirməyə hazır olduğu barədə xəbərdarlıq edib .