Ərdoğan Çempionlar Liqasının finalına qatılacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçiriləcək Çempionlar Liqasının finalında "İnter" - "Mançester Siti" matçına qatılacaq.

Bizimxeber.az bildirir ki, onunla birlikdə oyunu BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da izləyəcək.

Bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazır.

“BƏƏ əmiri prezident Ərdoğanla ikitərəfli görüşdən sonra İstanbulda Çempionlar Liqasının finalını izləyəcək”, - qəzet yazır.

İyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında Çempionlar Liqasının finalı keçiriləcək.

İngiltərənin "Mançester Siti"sinin sahibi City Football Group-a sahib olan Emiratesdir.