Əliyalın terrorçunu zərərsizləşdirən qəhrəman kimdir?

Azərbaycanın İrandakı səfirliyinə edilən terror aktı zamanı cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub. 

“Qafqazinfo”nun məlumatına görə, həmin şəxs səfirliyimizin təhlükəsizlik xidmətinin əməkdaşı Vasif Tağıyevdir.

O, səfirliyimizə edilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atılıb və onu zərərsizləşdirərək faciənin artmasına imkan verməyib.

Əslən Şuşadan olan V. Tağıyev ailəlidir, üç övladı var. 

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb.