“Elit Optimal” məişət texnikası mağazasından məhsul alan vətəndaş peşman olub.
Şikayətçi Amil Abbasov bildirib ki, başqa məhsulu bəyənsədə, çatdırılma zamanı evə daha köhnə model gətirilib:
“Bakıxanov qəsəbəsində yerləşən filialdan nağd qiymətə 4-cü seriya Bosch paltaryuyan maşını almışam. Amma evimizə gələn isə 2-ci seriya olub. Dükan müdiri çox qeyri-peşəkar formada 2-ci seriya yazısının zavod deffekti olduğunu bildirir. Ancaq əvvəlcədən belə bir problemin olduğunu mənə deməyiblər.
WhatsApp üzərindən şirkətlə əlaqə yaratmışam, eyni nağılı qarşı tərəfdən də dedilər. Bu bir başa müştərini aldatmaqdır. Oradan nəsə alsanız (hərçənd ki, heç kimə tövsiyyə etmirəm) yüz ölçün, bir biçin. Mən bir daha ordan heç bir şey almayacam”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.