Əhali arasında etibarını itirən banklar - Adları açıqlandı – SİYAHI

Azərbaycanda əhalinin banklara olan etibarı çoxdan itib. Çünki bank sektoru çoxdandır ki, məhkəmələrə ayaq açıb və ən adi problemdə belə vətəndaşı məhkəmələrdə süründürməyə maraqlıdır.

Artıq illərdir ölkənin ən güvənilir hesab edilən bankları müştərilərini məhkəmə yolu ilə çarmıxa çəkirlər. Banklar müştəri cəlb etmək üçün şirin dillə, yağlı vədlə etibar qazanıb müştərini özünə cəlb edib kredit ayırır, daha sonra ödənişlər gecikdiriləndə onları məhkəmə qapılarında süründürürlər. Ancaq banklar özü dəqiqləşdirmir ki, kredit verdiyi müştərinin aylıq gəlirləri onu ödəməyə yetərlidirmi? Elə ucdantutma gözünü yumub, ağzını açıb hamıya kredit paylamağın nəticəsidir ki, indi banklar müştərilərlə məhkəmə qapılarında qalıb.

Digər aylarda olduğu kimi iyun ayı da banklarla vətəndaşların məhkəmə çəkişmələri ilə zəngin aydır. Apardığımız araşdırmadan sonra məlum olub ki, ay ərzində məhkəmələrdə haqqında ən çox iddia qaldırılan bank “Unibank”dır. Əvvəllər ay ərzində 300-400 məhkəmə çəkişməsi olan bankın indi ən az 700-800 məhkəməsi olur.

Bankların iyun ayı ərzində baş tutacaq məhkəmə çəkişmələrinin siyahını təqdim edirik:

“UNİBANK” ASC -795 məhkəmə
“KAPİTAL BANK” ASC – 477 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC – 253 məhkəmə
“ACCESSBANK” QSC- 202 məhkəmə
“BANK OF BAKU” ASC – 123 məhkəmə
“YELO BANK” ASC- 112 məhkəmə
“BANK RESPUBLİKA” ASC -100 məhkəmə
“RABİTƏBANK” ASC – 96 məhkəmə
“EXPRESSBANK” ASC- 92 məhkəmə
BANK VTB (AZƏRBAYCAN) ASC- 61 məhkəmə
BANK “BTB” ASC – 58 məhkəmə
“AZƏR-TÜRK BANK” ASC – 42 məhkəmə
“PAŞA BANK” ASC – 41 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC -35 məhkəmə
“XALQ BANK” ASC – 24 məhkəmə
“AFB BANK” ASC- 19 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI – 13 məhkəmə
“NAXÇIVANBANK” ASC – 10 məhkəmə
“BANK AVRASİYA” ASC – 9 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC- 3 məhkəmə
“PREMİUM BANK” ASC- 1 məhkəmə